Xavi karyerasını başa vurdu, məşqçiliyə başladı
İspaniya millisi və “Barselona”nın sabiq oyunçusu Xavi Ernandes futbolçu karyerasını başa vurub.
Komanda.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi üçün Qətərin “Əl-Sədd” klununun heyətində Asiya Çempionlar Liqasının “Perspolis”lə görüş sonuncu matçı olub.
Karyerasını rəsmən başa vuran İspaniya yığmasının sabiq üzvü yenə “Əl-Sədd”də qalacaq. Belə ki, o, bundan sonra sözügedən klubda məşqçi kimi fəaliyyət göstərəcək. Artıq buna görə tərəflər 2020-ci ilədək müqavilə də imzalayıblar.
Qeyd edək ki, 1998-2015-ci illər aralığında yetirməsi olduğu “Barselona”nın uğurları üçün çalışmış Xavi Kataloniya təmsilçisi ilə 4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub. O, İspaniyada bütövlükdə 25 kubok qazanıb ki, bunlardan 8-i La Liqa çempionluğudu. “Barselona”da çıxdığı 767 matçda 85 qol vuran yarımmüdafiəçi, 2000-2014-cü illərdə İspaniya millisində də 133 oyun keçirib. O, milli komandanın heyətində də bir dəfə dünya, iki dəfə Avropa çempionu olub. 2015-ci ildən oynadığı “Əl Sədd” ilə bu il ölkə çempionu olan Xavi, bu komanda ilə da dörd kubok qazanıb.
Bizi Facebook-da izləyin