“Napoli”nin müdafiəçisi zədələnib
“Napoli”nin cənubi koreyalı müdafiəçisi Kim Min Jae zədələnib.
Komanda.az “La Repubblica”-ya istinadən xəbər verir ki, futbolçu Cənubi Koreya yığmasının heyətində, DÇ-2022-nin qrup mərhələsinin Qanaya qarşı matçında (2:3) zədə alıb.
Hazırda futbolçu həkimlərin nəzarəti altındadır.
26 yaşlı müdafiəçi “Napoli”nin heyətində 20 oyuna çıxıb və 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin