Fransa yığmasında Benzema şoku
Futbol üzrə Fransa yığmasının hücumçusu Kərim Benzema Qətərdə keçiriləcək dünya çempionatını buraxa bilər.
Komanda.az xəbər verir ki, buna Madrid “Real”ının təcrübəli hücumçusunun bu gün baş tutan məşqdə zədə alması səbəb göstərilir.
RMC-nin yaydığı məlumata görə, əzələ zədəsi ilə üzləşən futbolçu məşqi yarıda qoyub. Benzemanın durumu ilə bağlı hələlik rəsmi açıqlama yoxdur. Amma ehtimal edilir ki, Kərim bu zədəyə görə mundialı kənardan izləmək məcburiyyətində qala bilər.
Fransa yığması mundialda Danimarka, Tunis və Avstraliya ilə qarşılaşacaq. “Xoruzlar”ın ilk matçı noyabrın 22-də Avstraliya yığmasına qarşı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin