Fransa millisində DÇ-2022-dən əvvəl məcburi dəyişiklik
Futbol üzrə Fransa millisi DÇ-2022 ərəfəsində daha bir itki ilə qarşılaşıb.
Komanda.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası açıqlama yayıb.
Məlumatda bildirilib ki, PSJ-nin müdafiəçisi Presnel Kimpembe Qətərdəki mundialda iştirak etməyəcək. Onun əvəzinə “Monako”nun mərkəz müdafiəçisi Aksel Disasi yığma komandaya çağırılıb. Bu dəyişikliyə Kimpembenin zədəsi səbəb olub.
Disasi cari mövsümün 23 oyununda 3 qol vurub.
Fransa millisi noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək çempionatda Danimarka, Avstraliya və Tunislə birlikdə D qrupunda mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin