MY 50 milyon avroya hücumçu almaq istəyir

“Mançester Yunayted” bu qış PSV-nin hücumçusu Kodi Qakponu transfer edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 23 yaşlı niderlandlı üçün təxminən 50 milyon avro təklif etmək istəyir.

“Mançester Yunayted”ə görə, bu məbləğ keçən yay Qakponu Premyer Liqanın bəzi klublarına 30 milyon avroya satmaqdan imtina edən PSV-yə uyğun olmalıdır.

Qakpo bu mövsüm PSV-nin heyətində 23 oyuna çıxıb, 13 qol vurub və 17 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button