Finalçılar bilindi: “Çelsi”nin sabiq futbolçuları üz-üzə

İngiltərə Çempionşipində pley-off mərhələsinin finalçıları məlum olub.

Komanda.az xəbər verir ki, Premyer Liqaya yüksəlmək üçün keçirilən həlledici oyunda “Derbi” ilə “Aston Villa” qarşılaşacaq. Matç mayın 27-də, “Uembli” stadionunda keçiriləcək.

Sözügedən qarşılaşma “Çelsi”nin sabiq iki futbolçusunun da dueli olacaq. Belə ki, “zadəganlar”ın sabiq futbolçusu Frenk Lempard “Derbi”ni çalışdırır, Con Terri isə “Aston Villa”nın baş məşqçisi Din Smitin köməkçisidir.

İngiltərə Çempionşipindən bu mövsüm Premyer Liqaya yüksələn digər iki klub “Norviç” və “Şeffild Yunayted”dir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button