“Bakıda “Frayburq”u məğlub etməliyik” – Zubir

“Futbolda belə hallar olur. Öz oyunumuzu göstərməyə çalışdıq. Son dəqiqələrdə qol buraxdığımız üçün məyusuq. Amma irəliyə baxmalı və Bakıda “Frayburq”u məğlub etməliyik”.

Komanda.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Abdullah Zubir Fransada “Nant”a 1:2 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin 5-ci tur oyunundan sonra “CBC Sport”a açıqlamasında deyib.

30 yaşlı futbolçu Bakıda Almaniya “Frayburq”una qarşı keçirəcəkləri matçın finala bərabər olacağını bildirib:

“Qrupdan çıxmaq hədəfimizdir. İnanıram ki, Bakıda istədiyimiz nəticəni əldə edəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button