Kubokun sahibi – “Qəbələ”!

Bu gün Azərbaycan kubokunda 2018/19 mövsümünün qalibi məlum olub.

Komanda.az xəbər verir ki, final görüşündə “Qəbələ” ilə “Sumqayıt” qarşılaşıb. Naxçıvan Muxtar Respublikası stadionunda keçiriln qarşılaşmanın taleyini 1 qol həll edib.

Nominal meydan sahibi olan “Qəbələ” ölkə tarixində 4-cü dəfə finalda mübarizə aparıb. “Sumqayıt” isə tarixində ilk dəfə Azərbaycan kubokunun finalında iştirak edirdi. Matçın əvvəlində erkən qola imza atan Qəbələ klubu sonadək bu üstünlüyünü qorumaqla kuboku başı üzərinə qaldırıb.

Ölkə kubokunun qalibi Avropa Liqasında mübarizə aparacaq 3-cü Azərbaycan təmsilçisi olacaq. Bundan əvvəl “Neftçi” və “Səbail” Avropa Liqasında iştirak etmək hüququ qazanmışdı.

Azərbaycan kuboku, final oyunu

19 may

Qəbələ – Sumqayıt 1:0
Qol: Stiven Monroz, 4.
Hakimlər:
İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Naxçıvan Muxtar Respublikası Stadionu

Qəbələ: 1. Anar Nəzirov, 34. Ürfan Abbasov, 18. İlqar Qurbanov, 14. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 10. Rauf Əliyev, 3. Voyislav Stankoviç, 21. Atakora Lalavele, 28. Stiven Monroz, 9. Davit Volkov, 27. Bəhlul Mustafazadə
Ehtiyat oyunçular: 22. Dmitri Bezotosnı, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 11. Asif Məmmədov, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov, 33. Vüsal Məsimov, 6. Rüstəm Nuruyev,77. Samir Qurbanov
Baş məşqçi: Zaur Həşimov

Sumqayıt: 1. Mehdi Cənnətov, 4. Şəhriyar Əliyev, 21. Arif Daşdəmirov, 3. Vurğun Hüseynov (k), 99. Əli Babayev, 60. Elvin Məmmədov, 22. Əfran İsmayılov, 5. Adil Nağıyev,8. Peyman Babayi, 15. Əmir Ağayev, 74. Yusif Nəbiyev
Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 13. Aydın Bayramov, 2. Rail Məlikov, 17. Nicat Qurbanov, 7. Cavid Tağıyev, 34. Elvin Bədəlov, 70. Ülvi İsgəndərov, 97. Xəyal Nəcəfov, 77. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 25. Baxşəli Baxşəliyev, 49. İbrahim Əliyev
Baş məşqçi: Ayxan Abbasov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button