İspaniyalı futbolçunun “Qarabağ”la oyunu buraxacağı dəqiqləşdi

Yunanıstanın “Olimpiakos” komandasının müdafiəçisi Qonsalo Avila Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri oyunda iştirak etməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə Pirey təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Yunanıstan çempionatının 7-ci turu çərçivəsində baş tutan OFİ ilə səfər oyununda bud əzələsindən zədə alan 24 yaşlı futbolçu tibbi müayinədən keçib. Onun təqribən 10 gün yaşıl meydanlardan kənarda qalacağı bəlli olub. İspaniyalı oyunçu Bakıdakı avrokubok qarşılaşması ilə yanaşı, PAOK-la ölkə çempionatının 8-ci tur görüşündə də iştirak edə bilməyəcək.

Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” oyununa saat 20:45-də start veriləcək. Ağdam təmsilçisi bu rəqibinə səfərdə 3:0 hesabıyla qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button