“Olimpiakos” – “Qarabağ” oyunu bu hakimlərə tapşırıldı
Yunanıstanda “Olimpiakos” və “Qarabağ” arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü tur oyununun hakim təyinatları məlum olub.
Komanda.az xəbər verir ki, qarşılaşma Bosniya və Herseqovinadan olan hakimlər briqadasına tapışırılıb.
Baş hakim İrfan Peltoya Davor Belyo və Damir Laziç laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Antoni Bandiç yerinə yetirəcək.
Pelto daha əvvəl “köhlən atlar”ın Bakıda İsveçrə “Sürix”ini 3:2 hesabı ilə məğlub etdiyi UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk qarşılaşmasını idarə edib.
Oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçı saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin