De Byazi ilə bağlı qərarın veriləcəyi vaxt bilindi
Canni De Byazinin Azərbaycan millisinin baş məşqçisi postundakı taleyinə aydınlıq gələcəyi vaxt açıqlanıb.
Komanda.az xəbər verir ki, bu, oktyabrın 4-də AFFA-nın İcraiyyə Komitəsinin (İK) növbəti iclasında məlum olacaq.
İK saat 15:00-da start götürəcək toplantıda yığmanın baş məşqçisi vəzifəsinə təyinatla bağlı müzakirə aparacaq.
Bundan əlavə, iclasda digər məsələlərə də baxılacaq:
– Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə
– Lisenziyalaşdırma qaydalarında müvafiq dəyişikliklərin təsdiqi
– Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklərin müzakirəsi
– Nəzarət-Təftiş Komitəsinin tərkibinin təsdiqi
– Digər məsələlər
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin