6 km yüksəklikdə futbol oynadı, dünya rekorduna imza atdı – VİDEO
Portuqaliyalı keçmiş futbolçu Luiş Fiqu 6 km hündürlükdə futbol oynayaraq, yeni dünya rekordu vurub.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki ki, 49 yaşlı Fiqu digər futbolçularla birlikdə 6166 metr hündürlükdə keçirilən qarşılaşmada iştirak edib. Komandaların heyətlərinə Yaxın Şərq, Avropa və Latın Amerikasından daha yeddi nəfər daxil edilib. Oyun təyyarənin içərisində, xüsusi olaraq quraşdırılmış 75 kvadratmetrlik meydançada baş tutub.
“Ginnesin rekordlar kitabı” ən yüksək hündürlükdə, sıfır çəki şəraitində futbol oynamaq uğurunu qeyd edəcək.
“Barselona”, “Real”, “İnter” və Portuqaliya millisinin keçmiş üzvü olan Fiqu tarixi oyunda qol vurub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin