Elşad Əhmədov: “İki dövrəyə 10 xal yaxşı nəticə deyil”

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Çox danışmağa bir şey yoxdu. Uşaqlarda motivasiyanı qaldıra bilmədik. Zədəli futbolçularımız çoxdu. Cavanlara şans verdik. Gələcəyin komandasını qurmaq istəyirik. Çatışmayan cəhətlərimiz çoxdu.
  • Klubda qalmağınızla bağlı rəhbərliklə danışığınız olubmu?
  • Demək olar ki, hə. Qarşımıza mövsümü sonuncu pillədə bitirməmək məqsədi qoyulmuşdu. Bunu bacardıq.
  • İlk dövrədə daha yaxşı oyun sərgiləyirdiz. İkinci dövrədə isə əksinə. Buna səbəb nə idi?
  • Yanvardan sonra keçirdiyimiz 14 oyunun 6-da qırmızı vərəqə aldıq. Bu da oyunumuza təsir göstərdi. İki dövrəyə 10 xal yığdıq, yaxşı nəticə deyil.
  • Bu heyətdən çox dəyişikliklər olacaqmı?
  • Olacaq. Çox, ya az deyə bilmərəm.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button