Premyer Liqada 15 yaşlı rekordçu

“Arsenal”ın 15 yaşlı futbolçusu İtan Nvaneri İngiltərə Premyer Liqasında yeni rekordun sahibinə çevrilib.

Komanda.az xəbər verir ki, o, bu gün 8-ci tur çərçivəsində baş tutan “Brentford”la oyunda meydana çıxmaqla Premyer Liqada forma geyinmiş ən gənc oyunçuya çevrilib.

Nvaneri səfərdə 3:0 hesablı qələbəyə sevindikləri matçın 92+2-ci dəqiqəsində meydana buraxılıb. Hücumameyilli futbolçu buna 15 yaş 181 günlüyündə nail olub.

Premyer Liqada bundan əvvəlki rekord “Liverpul”un futbolçusu Harvi Elliota məxsus idi. O, 16 yaş 30 günlüyündə Premyer Liqada debüt etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button