“Neftçi”nin zədəli futbolçusu məşqlərə başladı
“Neftçi”nin futbolçusu Sezar Meza Kolli bərpa məşqlərinə start verib.
Komanda.az xəbər verir ki, paraqvaylı futbolçu komandasının Boludakı təlim-məşq toplanışı zamanı zədələnmişdi.
Əməliyyat edildikdən sonra ölkəsində qalan Sezarın “Neftçi”nin düşərgəsinə nə zaman dönəcəyi hələ ki, dəqiq deyil. Amma futbolçu artıq bərpa prosesinə start verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin