Nəbiyevin komandası 3 xalı 7 qolla qazandı
Çexiyanın futbol üzrə gənclər liqasında əsas mərhələnin 6-cı turunun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Trineç”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 7:1.
Meydana çıxdığı 25 oyunda vurduğu 19 qolla komandasının ən məhsuldar futbolçusu olan Nəbiyev bu görüşün iştirakçısı olmayıb.
“Slaviya”nın U-21 komandası hazırda 13 xalla 10 komanda arasında 1-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin