“Midlsbro”nun hücumçusu Super Liqa klubunda
Türkiyənin “Konyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa klubu “Midlsbro”dan Uçe İkpeazunu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngiltərədən olan hücumçu ilə 2+1 illik müqavilə imzalanıb. 27 yaşlı forvard yeni komandasında 29 nömrəli formanı geyinəcək. Konyalıların bu transfer üçün İngiltərə klubuna nə qədər ödədiyi bilinmir.
İkpeazu 2021-ci ilin iyulundan “Midlsbro”da çıxış edirdi. O, bu ilin əvvəlində “Kardiff Siti”yə icarəyə verilmişdi. Hücumçu karyerası ərzində “Uikomb Uonderers”, “Harts”, “Kembric Yunayted”, “Blekpul”, “Port Veyl”, “Kryu Aleksandra”, “Donkaster Rovers” kimi komandalarda da forma geyinib.
“Konyaspor” daha öncə Konrad Mixalak, Fransisko Kalvo, Domaqoy Paviçiç, Məhəmməd Dəmir, Ahmet Oğuz, Cebrail Karayel, Kahraman Demirtaş, Erhan Erentürk, Yasir Subası, Bruno Paz və Robert Muriçi də transfer etmişdi.
Konya klubu braziliyalı müdafiəçisi Gilyerme Sitya ilə də yeni müqavilə bağlayıb. 32 yaşlı sol cinah müdafiəçisi ilə 2 illik yeni sözləşmə imzalanıb.
Sitya 2020-ci ilin yayından “Konyaspor”da forma geyinir. O, bu komandanın heyətində indiyə qədər 86 oyuna çıxıb, 5 qol vurub, 10 məhsuldar ötürmə edib. Müdafiəçi daha öncə “Yagelloniya”, “Termalika”, “Styaua”, “Qroyter”, “Petrolul”, “Konkordiya”, “Kaşias” və “Portu Aleqri” kimi klubların da formasını geyinib.
Bizi Facebook-da izləyin