“Liverpul”un futbolçusu mükafatlandırıldı

Şotlandiya Premyer Liqasında 2018/19 mövsümünün ən yaxşı gənc futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, icarə əsasında “Reyncers”də çıxış edən Rayan Kent, mövsümün ən yaxşı gənc futbolçusu seçilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçu bu mövsüm Qlazqo təmsilçisiylə 40 qarşılaşmada iştirak edərək, 6 qol vurub.

Müqaviləylə “Liverpul”a məxsus olan Kent, 2018-ci ilin yayında “Reyncers”ə icarəyə göndərilib. Kentin icarə müqaviləsinin müddəti mövsümün sonunda bitir.

21 yaşadək futbolçulardan ibarət İngiltərə milli komandasının da şərəfini qoruyan hücumçu, həm də, Şotlandiya Premyer Liqasında mövsümün rəmzi komandasında yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button