“Qələbəyə layiq oynadıq” – Regekampf
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Avstriyanın “Rapid” (Vyana) komandasına qarşı keçirdikləri ilk oyunu şərh edib.
Komanda.az xəbər verir ki, rumıniyalı mütəxəssis Bakıda baş tutan və 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
- Komandamı təbrik edirəm. Döyüşdülər, çox gözəl oyun göstərdilər. Çox güclü rəqibə qarşı oynadılar. İlk dəqiqədən sona qədər güclü idik. Qələbəyə layiq oynadıq. Oyundan qabaq futbolçulara dedim ki, müsbət nəticə qazanmalıyıq. Növbəti mərhələ üçün iki oyun keçirməliyik. Vyanadakı matç çox çətin olacaq. Son dəqiqələrdə qol buraxmağımızdan çox narazıyam. Amma bizim üçün heç nə dəyişmir. Komandamdan eyni davranışı gözləyirəm. Çalışacağıq ki, Avstriyada da qələbə qazanaq. Bunu etməyə çalışmasaq, heç bir şansımız olmayacaq.
- Son dəqiqələrdə buraxılan qol səfərdə “Neftçi”yə nə dərəcədə problem yarada bilər?
- Bu, bizə təsir etməyəcək. Futboldur, belə şeylər ola bilər. Çalışmalıyıq ki, orda da ilk 75 dəqiqədəki oyunu göstərək. Şansa ümid bağlamaq olmaz. Şanslardan istifadə etməliyik.
Mehri Qurban
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin