Alman qapıçı Premyer Liqada klubunu dəyişdi
Futbol üzrə Almaniya yığmasının qapıçısı Bernd Leno İngiltərənin “Arsenal” klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, 30 yaşlı futbolçu bundan sonra Premyer Liqanın digər təmsilçisi “Fulhem”in uğurları üçün çalışacaq. Bu barədə onun yeni klubunun rəsmi saytı məlumat yayıb.
Alman qolkiper “Fulhem”lə 2+1 illik müqaviləyə imza atıb. “Arsenal” bu transferdən 3.6 milyon avro qazanc əldə edib. Bonuslarla bu məbləğin daha da artması gözlənilir.
Leno 2018-ci ildən “Arsenal”da çıxış edirdi. O, London klubunda bütövlükdə 125 oyuna çıxıb, 145 qol buraxıb, 37 matçda isə qapısını toxunulmaz saxlamağı bacarıb.
Almaniya yığmasında 9 oyun keçirmiş Leno, əvvəllər öz ölkəsində “Ştutqart” və “Bayer”in uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin