Mahiri Bolqarıstana aparmadılar

Zaqreb “Dinamo”sunda çıxış edən azərbaycanlı futbolçu Mahir Emreli Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ludoqorets”lə (Bolqarıstan) səfər oyununu buraxacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Mahir belindəki ağrı səbəbindən Bolqarıstana aparılmayıb.

Oyun bu gün saat 21:45-də başlayacaq.

Emreli Xorvatiya çempionatının 3-cü turunda “İstra 1961″ə 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra belində olan ağrıları yenidən hiss etmişdi. O, sözügedən oyunda komandasının 4-cü qolunun müəllifi olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button