“Bütün gücümüzlə “Qarabağ”la oyuna hazırlaşmalıyıq” – Foda

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan “Sürix” İsveçrə çempionatında 2-ci turun oyununa çıxıb. “Sürix” evdə “Lutsern”lə qarşılaşıb və 0:0 hesabı qeydə alınıb.

Komanda.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Sürix”in baş məşqçisi Franko Foda bütün gücləri ilə “Qarabağ”la görüşə hazırlaşacaqlarını deyib:

“Bu mövsüm ilk xalımızı qazandıq və qol buraxmadıq. Komandamızın qalib gəlmək üçün fiziki gücü çatmadı. İndi toparlanmalı və bütün gücümüzlə “Qarabağ”la oyuna hazırlaşmalıyıq”.

“Qarabağ” Bakıdakı ilk oyunda “Sürix”i 3:2 hesabı ilə məğlub. Cavab görüşü iyulun 27-də İsveçrədə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button