Azərbaycan millisi dünya çempionatının 1/4 finalında

Azərbaycanın qadın sablyaçılardan ibarət komandası Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.

Komanda.az xəbər verir ki, Anna Basta, Səbinə Kərimova, Valeriya Bolşakova və Sevil Bünyatovadan ibarət kollektiv ilk görüşündə Hindistan yığmasına 45:42 hesabı ilə qalib gəlib. Milli Çin seçməsini isə 45:35 hesabı ilə üstələyib.

Komanda sabah yarımfinala vəsiqə uğrunda Fransa ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button