“Kiprə nə üçün gəldiyimizi gözəl bilirik” – Stankoviç
“Neftçi”nin müdafiəçisi Voyislav Stankoviç Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Kiprin “Aris” (Limassol) komandasına qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, təcrübəli futbolçu bu gün Kiprdə baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyuna ciddi hazırlaşmışıq və rəqibi yaxşı analiz etmişik. Buraya nə üçün gəldiyimizi gözəl bilirik. İnanıram ki, sabah buradan yaxşı nəticə ilə qayıdacağıq.
Yoxlama görüşlərindəki nəticələrimizin ürəkaçan omamasına gəlincə, problem təkcə müdafiə xətti ilə bağlı deyil. Kompakt oynamırdıq. Yeni oyunçular gəlib. Onların da köməyi ilə problemləri aradan qaldırıb, daha az qol buraxmağa çalışacağıq”.
Sabah “AEK Arena”da baş tutacaq “Aris” – “Neftçi” matçına Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.
Bizi Facebook-da izləyin