“Tottenhem”in keçmiş futbolçusu ölkəsinə qayıtdı
Futbol üzrə Belçika yığmasının müdafiəçisi Tobi Alderveyreld Qətərin “Əl-Duhail” klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, 33 yaşlı futbolçu bundan sonrakı karyerasını öz ölkəsində davam etdirəcək. Belə ki, təcrübəli müdafiəçi “Antverpen”lə anlaşıb. Tərəflər 3 illik müqaviləyə imza atıblar. Futbolçunun yeni komandasında 23 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.
Alderveyreld 2021-ci ilin iyul ayından “Əl-Duhail”də forma geyinirdi. O, karyerası ərzində “Ayaks, “Atletiko” (Madrid), “Sauthempton” və “Tottenhem” komandalarında da forma geyinib. Belçika yığmasında 121 matça çıxmış müdafiəçi, 5 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin