Asensionu istəyir – Premyer Liqa klubu

“Nyukasl” “Real”ın yarımmüdafiəçisi Marko Asensionu transfer etmək istəyir.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, “Nyukasl”ın 26 yaşlı futbolçunu transfer etmək istəyən son klub olduğu bildirilir. İngiltərə klubu Asensionu yeni layihələrini qurmaq üçün əsas oyunçu kimi görür.

Asensio 2021/22 mövsümündə “Real”ın heyətində 42 matçda 12 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2023-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button