Azərbaycanlı dünya çempionunun rəqibi məlum oldu
ABŞ-ın Birmingem şəhərində keçiriləcək Ümumdünya Oyunlarında Azərbaycanı təmsil edəcək kikboksçu Bəhram Rəcəbzadənin ilk rəqibi bəlli olub.
Komanda.az xəbər verir ki, 91 kq-dan yuxarı çəki dəcərəsində K1 üsulu ilə çıxış edən idmançı 1/4 finalda monteneqrolu Miroslav Vuyoviçlə qarşılaşacaq.
Dünya çempionu yarımfinala adlayacağı halda, Oskar İquera (Venesuela) – Roman Şerbatyuk (Ukrayna) cütünün qalibi ilə görüşəcək.
Ümumdünya Oyunlarında kikboksinq yarışları 10-15 iyulda təşkil olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin