“Qəbələ”nin rəqibində bir ciddi itki, bir yeni müqavilə
“Qəbələ”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Macarıstanın “Fehervar” klubu müdafiəçisi Attila Fiola ilə müqavilənin müddətini artırıb.
Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
32 yaşlı futbolçu ilə 2 illik yeni sözləşmə imzalanıb. Macarıstan millisinin üzvü 2016-cı ildən bu komandada çxış edir.
Yeri gəlmişkən, “Fehervar” daha bir aparıcı futbolçusu Alefin Avstriyadakı təlim-məşq toplanışında ciddi zədə aldığını açıqlayıb. Braziliyadan olan 27 yaşlı oyunçunun dabanından aldığı ağır zədə səbəbindən bir neçə ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib. Bu isə onun “Qəbələ” ilə matçlarda komandasına kömək edə bilməyəcəyi anlamına gəlir.
“Qəbələ”nin “Fehervar”la ilk oyunu iyulun 21-də Macarıstanda, cavab matçı isə 1 həftə sonra doğma meydanda baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin