Ronaldoya kapitanlıq sarğısı təklif olunacaq

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo müdafiəçi Harri Maquayrın əvəzinə komandanın kapitanı ola bilər.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, Ronaldo Maquayrı əvəz edəcək, çünki ötən mövsüm Maquayr dəfələrlə tənqid olunub. Tezliklə “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Ronaldo ilə klubdakı gələcəyini müzakirə edəcək və sonra ona kapitan olmağı təklif edəcək.

Ronaldo 2021-ci ilin avqustunun sonunda “Mançester Yunayted”ə qayıdıb. 2021/22 mövsümündə o, komandanın heyətində bütün yarışlarda 38 matçda 24 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button