“Zirə”nin rəqibi məşhur hücumçu ilə gücləndi

İsrailin “Makkabi” (Təl-Əviv) klubu növbəti transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan bu klub sabiq hücumçusu Eran Zahavini heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İsrail yığmasının da üzvü olan 34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Eran Zahavi 2020-ci ildən Niderlandın PSV klubunda forma geyinirdi. O, 2013-2016-cı illər aralığında məhz “Makkabi”də çıxış edib. Hucumçu bu komandanın heyətində meydana çıxdığı 168 matçda 127 qola imza atıb.

Zahavinin formasını geyindiyi komandalar arasında “Hapoel” (Təl-Əviv), “İroni Ramat HaŞaron”, “Palermo” və “Quançjou” da var. Futbolçu İsrail yığmasında da 70 oyuna 33 qol vurub.

“Zirə”nin “Makkabi” ilə ilk oyunu iyulun 21-də Bakıda, cavab görüşü isə iyulun 28-də Təl-Əvivdə baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button