Gürcüstan komandası Bakıda qələbəyə sevindi
Azərbaycanda təşkil olunmuş UEFA Region Kubokunun 2022/2023-cü illər mövsümünün ilkin mərhələsinə start verilib.
Komanda.az xəbər verir ki, açılış matçında ilkin mərhələnin 1-ci qrupunda yer alan Gürcüstanın “Basiani” və Estoniyanın “Tallinna Zapoos” komandaları mübarizə aparıb.
Dörd qolun qeydə alındığı matç Gürcüstan təmsilçisinin qələbəsiylə yekunlaşıb – 3:1.
Azərbaycanı bu turnirdə təmsil edəcək Region Liqasının 2021/22 mövsümünün qalibi “Cəbrayıl” komandası ilkin mərəhələnin 2-ci qrupunda Belarus təmsilçisi “Kolos”la qarşılaşacaq. Bu komandalar arasındakı ilk matç sabah Şamaxı şəhər stadionunda baş tutacaq.
Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq və qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandasına rəqib olacaq.
UEFA Region Liqası
İlkin mərhələ, 1-ci qrup
23 iyun
Basiani – Tallinna Zapoos 3:1
Baş hakim: David Smayc (Sloveniya), David Qabroveç (hər ikisi Sloveniya), Elşad Abdullayev, Elçin Məsiyev (hər ikisi Azərbaycan).
ASK Arena. Saat 16:00.
Bizi Facebook-da izləyin