“Zirə”nin rəqibində koronavirus aşkarlandı

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan İsrailin “Makkabi” (Təl-Əviv) klubunda koronavirusa yoluxma halı baş verib.

Komanda.az xəbər verir ki, Təl-Əviv təmsilçisinin futbolçusu Parfe Giaqon koronavirusa yoluxub. Ölkəsindən qayıdan Fil Dişi Sahilindən olan yarımmüdafiəçidən Ben-Qurion aeroportunda götürülən analiz müsbət çıxıb. Dərhal karantinə alınan 21 yaşlı oyunçu ötən gün təlim-məşq toplanışına başlayan komandadan kənarda qalıb.

UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları iyulun 21-də və 28-də olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button