Kin planı
“Yuventus”un 19 yaşlı futbolçusu Moyze Kin karyerasını “İnter”də davam etdirə bilər.
Komanda.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, “İnter” “qoca sinyora” ilə müqaviləsi gələn il başa çatacaq futbolçunu azad agent kimi heyətinə qatmaq istəyir. “Yuventus” isə italiyalı futbolçu ilə müqaviləni uzatmaq niyyətindədir.
Turin klubunun Kinin transferi qarşılığında, “İnter”lə yeni müqavilə imzalamaqdan imtina edən Mauro İkardini tələb edəcəyi də ehtimal olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin