“Barselona” “Liverpul”u darmadağınla yola saldı
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
Komanda.az xəbər verir ki, mərhələnin ilk oyunu dünən keçirilib. “Tottenhem” “Ayaks”ı qəbul edib. Meydan sahibləri sözügedən qarşılaşmaya ciddi itkilərlə çıxıb. Hari Keyn və Serj Orye zədə səbəbindən “Ayaks” qarşısında forma geyinməyib. Son Hın Min isə cəzalı olduğu üçün bu matçı buraxıb. “Ayaks”da isə ciddi itki yox idi. Elə qarşılaşma da Hollandiya təmsilçisinin qələbəsiylə başa çatıb. Bu komandalar arasındakı cavab matçı mayın 8-də, saat 23:00-da olacaq.
Yarımfinal mərhələsinin digər oyununda “Barselona” doğma azarkeşləri qarşısında “Liverpul”u qəbul edib. “Barselona”nın heyətində ciddi itki yox idi. “Liverpul”da isə Roberto Firminonun son durumu oyun saatında bilinəcəkdi. Bu görüş məhsuldar alınıb. Kataloniya təmsilçisi doğma meydanda 3 cavabsız qola sevinib. Komandalar arasındakı cavab matçı mayın 7-də keçiriləcək.
Çempionlar Liqası, yarımfinal mərhələsi, ilk oyunlar
1 may
Barselona (İspaniya) – Liverpul (İngiltərə) 3:0
Qol: Luis Suares, 26. Lionel Messi, 75; 82.
Baş hakim: Byörn Kuypers (Hollandiya)
30 aprel
Tottenhem (İngiltərə) – Ayaks (Hollandiya) 0:1
Qol: Van de Bek, 15.
Baş hakim: Antonio Mateu Laos (İspaniya)
Bizi Facebook-da izləyin