Kubokda 40-cı oyun
“Qarabağ”ın futbolçusu Qara Qarayev Azərbaycan kubokunda 40-cı oyununu keçirib.
Komanda.az xəbər verir ki, yarımmüdafiəçinin yubileyi 2021/22 mövsümünün final matçına təsadüf edib.
“Zirə” ilə qarşılaşma (1:1, p.4:3) Qara üçün turnirdə 40-cı olub. O, yalnız bir komandada – “Qarabağ”da çıxış edib.
Qarayevin Azərbaycan kubokundakı debütü 2008/09 mövsümündə gerçəkləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin