Rövnəq Abdullayev Türkiyə klubunun prezidenti ilə görüşdü

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA-nın prezidenti Rövnəq Abdullayev Türkiyənin “Alanyaspor” klubunun prezidenti Hasan Çavuşoğlu ilə görüşüb.

Komanda.az xəbər verir ki, görüş zamanı AFFA ilə “Alanyaspor” klubu arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, futbolun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Çavuşoğlu daha əvvəl “Nefçi” və “Qarabağ” klublarının düşərgəsində olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button