Elşad Əhmədov: “Çaş-baş qaldıq, biabırçılıqdı”
“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Premyer Liqanın 26-cı turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan oyundan sonra təşkil olunan mətbuat konfransında əvvəlcə bunları söyləyib:
- Oyunun baxımlı alındığını deməzdim. Ancaq mübarizə ilə bol oyun alındı. İkinci hissədə qol vurduqdan sonra uşaqlar arxaya çəkildilər. Pis oynadıq. Qolun olub-olmadığını bilmirəm. Biabırçılıq idi. Səhvlər olur başa düşürəm, ancaq bu, başa düşüləsi deyil.
- Hakim qərəzinin qurbanı olduz?
- Çaş-baş qaldıq. Qol olmayan bir şey, necə sayılır? Biz danışmayaq-danışmayaq deyirik, ancaq uşaqların da əziyyəti var axı.
- Cavid İmamverdiyevin əvəzlənməsinə səbəb nə idi?
- Zədələndiyinə görə əvəzlədik.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin