Ranqnik “Mançester Yunayted”in durumunu ürək əməliyyatı ilə müqayisə etdi

“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik komandanın yenidən qurulmasına nə qədər vaxt lazım olduğunu açıqlayıb.

Komanda.az “Evening News”-a istinadən xəbər verir ki, o, klub üçün kiçik düzəlişlərin işə yaramayacağını söyləyib:

“Mənim üçün bəzi kiçik, kosmetik düzəlişlər etmək kifayət deyil. Bir neçə kiçik və ya əhəmiyyətsiz elementlərdənsə, daha böyük elementləri dəyişdirmək daha yaxşıdır. Tibbdə bunu ürək əməliyyatı ilə müqayisə etmək olar.

Bu dəyişiklik bir il ərzində baş verə bilər. Dəyişiklik bir, iki, bəlkə də, üç transfer pəncərəsi ərzində mümkün olacaq”.

İngiltərə Premyer Liqasının 32 turundan sonra “Mançester Yunayted” 54 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Komandanı yeni mövsümdən niderlandlı mütəxəssis Erik ten Haq çalışdıracaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button