“Şah”ın 210000 dollarlıq turnirdəki rəqibləri bilindi

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının ilk mərhələsinin iştirakçıları bəlli olub.

Şahmat Federasiyasından Komanda.az-a verilən məlumata görə, “Oslo Esports Cup” adlanan turnirdə Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov da mübarizə aparacaq. Yarışda ümumilikdə 8 zəka sahibi qüvvəsini sınayacaq.

Turnirdə Məmmədyarov və Karlsenlə yanaşı, Aniş Giri, Yorden van Forrest (hər ikisi Niderland), Yan-Kşiştof Duda (Polşa), Le Kuanq Lye (Çin), Ramebabu Praqnanandha (Hindistan) və Erik Hansen (Kanada) iştirak edəcək.

Aprelin 22-də start götürəcək “Oslo Esports Cup”ın mükafat fondu 210 000 ABŞ dolları təşkil edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button