Şahmat Federasiyasında ilin ilk iclası

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovun rəhbərliyi altında İcraiyyə Komitəsinin 2022-ci ildə ilk iclası keçirilib.

Şahmat Fedrasiyasından Komanda.az-a verilən məlumata görə, iclasda Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, İcraiyyə Komitəsinin digər üzvləri – 1-ci vitse-prezident Faiq Həsənov, vitse-prezident, Naxçıvan MR Şahmat Federasiyasının rəhbəri Seymur Talıbov, Sərxan Həşimov, Cahangir Ağarəhimov və baş katib İlahə Qədimova iştirak edib.

Görüşdə AŞF-nin nizamnaməsinə dəyişikliklər, cari ilin büdcəsi, yığma komandaya seçim şərtləri, təqaüd alacaq şahmatçıların müəyyən olunma kriteriyaları, daimi komissiyaların yaradılması və yarışların 2022-ci il üçün təqvimi müzakirə edilib. 

Məmmədov qarşıda şahmatçıları bir sıra nüfuzlu yarışların gözlədiyini bildirib. O, gələcəkdə daha böyük uğurların qazanılması üçün lazımi işlərin görüləcəyini vurğulayıb. Federasiya prezidenti iclasda qaldırılan məsələlərin yerinə yetirilməsi üçün səylə çalışacaqlarını qeyd edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button