Türkiyə mətbuatı Ramil Şeydayevdən yazdı

Türkiyənin “trtspor.com.tr” saytında “Qarabağ”ın futbolçusu Ramil Şeydayev haqqında yazıya yer verilib.

Komanda.az xəbər verir ki, saytın “İndi haradadır?” rubrikasında bu dəfə azərbaycanlı hücumçuya yer verilib. 2016-2018-ci illərdə “Trabzonspor”da olan, Qaradəniz təmsilçisində cəmi 3 oyun keçirən Ramillə bağlı bunlar yazılıb:

“Sankt-Peterburq doğumlu olan Şeydayev peşəkar karyerasına Rusiyada başlayıb. “Zenit”in ikinci komandasında və “Rubin”də oynayan azərbaycanlı hücumçu 2016-cı ildə hələ 20 yaşında ikən “Trabzonspor”la müqavilə imzaladı. Burada gözlədiyi şansı tapa bilməyən oyunçu Türkiyə karyerasında cəmi 3 rəsmi oyuna çıxdı. Qarşıdakı illərdə “Jilina” və “Qarabağ”da icarə əsasında oynamış forvard, 2018-ci ildə “Krılya Sovetov”la müqavilə imzalayaraq Rusiyaya qayıtdı.

Rusiyada bir mövsüm də “Dinamo” (Moskva) klubunda oynayan Şeydayev 2020-ci ildə “Sabah”a keçərək yenidən Azərbaycan Premyer Liqasında oynamağa başladı. 26 yaşlı hücumçu hazırda ötən yay müqavilə imzaladığı “Qarabağ”da ikinci dönəmini yaşayır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button