Ozan qol vurdu, komandası darmadağına sevindi
Azərbaycan millisinin və “Sabah” klubunun keçmiş futbolçusu Ozan Can Kökçünün çıxış etdiyi “Telstar” Niderland 2-ci liqasında növbəti oyununa çıxıb.
Komanda.az xəbər verir ki, “Telstar” 34-cü turda səfərdə “Ekselsior”un qonağı olub. Oyun Ozanın komandasının 4:1 hesablı qələbəsiylə başa çatıb. Ozan Can da bu matçın iştirakçısı olub. O, qarşılaşmaya start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. Ozan Can 52-ci dəqiqədə penaltidən komandasının üçüncü qolunu vurub.
Bu oyundan sonra xallarını 35-ə yüksəldən “Telstar” turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin