İnfantino yenidən FİFA prezidentliyinə namizəd olacaq

Canni İnfantino növbəti dəfə FİFA prezidentliyinə namizədliyini irəli sürəcək.

Komanda.az xəbər verir ki, 52 yaşlı funksioner bu barədə ali futbol qurumunun Qətərin paytaxtı Dohada keçirilən 72-ci Konqresində açıqlama verib.

O bildirib ki, yeni prezident 2023-cü ildə qurumun 73-cü Konqresində seçiləcək: “Konqres gələn ilin əvvəlində baş tutacaq. Tarix hələ təsdiqlənməyib, lakin tezliklə elan olunacaq”.

Xatırladaq ki, 2016-cı ildən FİFA-ya rəhbərlik edən Canni İnfantino 2019-cu ildə ikinci dəfə qurumun prezidenti seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button