Yüksək Liqada növbəti turun proqramı bilindi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib.

Komanda.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 13-cü turun oyunları martın 26-da keçiriləcək.

Günün ilk qarşılaşmasında, saat 15:00-da “Neftçi” və “Sərhədçi” komandaları üz-üzə gələcək. Bu görüşdən iki saat sonra “Ekspress” – MOİK oyunu olacaq.

Hər iki oyun “Murov” voleybol klubunun idman zalında baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button