FİDE qran-prisi: Məmmədyarov ABŞ şahmatçısı ilə qarşılaşacaq

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FİDE qran-prisinin 3-cu mərhələsində bu gün növbəti görüşünü keçirəcək.

Komanda.az xəbər verir ki, 37 yaşlı şahmatçı 3-cü tur çərçivəsində ağ fiqurlarla Lenyer Domingeslə (ABŞ) qarşılaşacaq.

B qrupunun digər görüşündə rusiyalı Daniil Dubov almaniyalı Vinsent Kaymerlə görüşəcək.

Məmmədyarov ilk turda Kaymerlə, ardınca Dubovla heç-heçə edib. Hazırda Dominges 1,5 xalla qrupun lideridir, Məmmədyarov və Kaymerin 1, Dubovun 0,5 xalı var.

Hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə, yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.

FİDE qran-prisinin 3-cü mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.

Hər şahmatçı qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki şahmatçı İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button