Kvaratsxeliya “Rubin”dən ayrıldı, Gürcüstana döndü
Futbol üzrə Gürcüstan millisinin hücumçusu Xviça Kvaratsxeliya Rusiyanın “Rubin” klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, 21 yaşlı futbolçu bundan sonra karyerasını ölkəsində davam etdirəcək. O, UEFA və FİFA-nın Rusiyada çıxış edən oyunçularla bağlı çıxardığı xüsusi güzəşt qərarından istifadə edərək Batumi “Dinamo”suna keçib. Gürcüstan klubu onunla yanaşı, Zuka Davitaşvilini də heyətinə qatıb.
Xatırladaq ki, Xviça Kvaratsxeliya Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Facebook-da izləyin