“Milan” belçikalı futbolçuya 4 illik müqavilə təklif edir
“Milan” “Liverpul”un hücumçusu Divok Origiyə 4 illik müqavilə təklif etməyə hazırdır.
Komanda.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikolo Şkira öz “tvitter” hesabında məlumat yayıb. “Liverpul” 26 yaşlı belçikalı futbolçuya müqavilənin uzadılmasını təklif etməsə o, yayda azad agentə çevrilə bilər.
“Milan” Origiyə illik 3,5 milyon avro maaş olmaqla 4 illik müqavilə təklif etmək niyyətindədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin