İbrahimoviç milliyə çağırıldı
“Milan”ın huçumçusu Zlatan İbrahimoviç növbəti dəfə İsveç millisinə çağırılıb.
Komanda.az İsveç Futbol Federasiyasının “tvitter” səhifəsinə istinadən xəbər verir ki, 40 yaşlı hücumçu DÇ-2022-nin pley-off mərhələsi üçün yığmaya dəvət alıb.
İbrahimoviç 5 illik fasilədən sonra ötən il milliyə qayıdıb.
İsveç pley-off mərhələsinin yarımfinalında Çexiya ilə qarşılaşacaq. İsveçlilər finala yüksəlsələr, Polşa ilə qarşılaşacaqlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin