Məmmədli Avropa çempionu oldu

Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatı davam edir. 

Komanda.az xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli final görüşünə çıxıb. Onun 60 kq çəki dərəcəsindəki rəqibi gürcüstanlı İrakli Dzimistraişvili olub. Rəqibinə ilk hissədəcə tam üstünlüklə – 10:0 hesabı ilə qalib gələn Məmmədli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daha əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) Avropa çempionu olub, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button