“Neftçi”nin futbolçusuna 4 oyunluq cəza
AFFA İntizam Komitəsi “Neftçi”nin futbolçusu Mirabdulla Abbasovu cəzalandırıb.
Komanda.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb. Qərarın verilməsinə səbəb 27 yaşlı hücumçunun 1-ci divizionun 16-cı turunda “Neftçi-2″nin heyətində “Qaradağ Lökbatan”la səfər oyununun 42-ci dəqiqəsində hakimi təhqir etməsidir.
Futbolçu bu səbəbdən qırmızı vərəqə ilə cəzalandırılıb. Abbasov 4 oyunluq diskvalifikasiyaya, klubu isə 320 manat cəriməyə məruz qalıb.
Oyun “Qaradağ Lökbatan”ın qələbəsi ilə yekunlaşıb – 2:0.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin